Avropa Liqası: Yarımfinalın ilk oyunları başlayır
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
BUTA.TV xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə keçiriləcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunları mayın 18-də olacaq.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may
23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu
23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu