Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə gedir.

BUTA.TV xəbər verir ki, nazir Konyada yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.

Qeyd edək ki, təlimlər aprelin 27-də başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.