İsrailin bu şəhəri vuruldu: yaralılar var
Qəzza zolağında buraxılan raketin İsrailin Rehovot şəhərində yaşayış binasına düşməsi nəticəsində 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti məlumat yayıb.
Əlavə məlumat verilmir.