Ukrayna ordusu Avdeyevka istiqamətində hərəkət etmir, heç bir fəaliyyəti yoxdur.

BUTA.TV xəbər verir ki, bunu adı açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin tank alayının komandir müavini bildirib.

O qeyd edib ki, Rusiya qüvvələri sözügedən istiqamətdə irəliləməkdə davam edir:

"Müvafiq olaraq, biz həmişə olduğu kimi hərəkət edirik, amma tempimiz indi o qədər də sürətli deyil. Biz şəxsi heyəti itirməmək, texnikanı qorumaq üçün yavaş-yavaş irəliləyirik".

Onun sözlərinə görə, Kiyevdən əks-hücum olarsa, bu ərazidəki rus hərbçiləri onu qarşılamağa hazırdır.