Moskvada MiQ təyyarələri üçün mühərriklərin istehsal olunduğu zavodun ərazisində yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yanğın söndürülüb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.