Ukrayna Belarus və Rusiya ilə bu memorandumdan çıxdı
Ukrayna Belarus və Rusiya ilə dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığa dair memorandumdan çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.
"1994-cü il aprelin 15-də Moskvada bağlanmış Belarus, Rusiya və Ukraynanın dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandumdan çıxılsın", - fərmanda qeyd olunub.