Zaqatalada orta məktəb binasında yanğın olub.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.