Qərb Rusiyanı cəzalandıracaq - Şolts
Qərb ölkələri Rusiyanı Ukraynadakı hərəkətlərinə görə cəzalandırmağa çalışacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
“Biz tərəfdaşlarımızla birlikdə Rusiyanın məsuliyyətə cəlb olunmasının tərəfdarıyıq”, - Şolts bildirib.
Kansler həmçinin, Ukraynadakı münaqişənin böyük geosiyasi təsirlərinin olduğunu vurğulayıb.