Səsvermə prossesi problemsiz şəkildə tamamlanıb.

BUTA.TV-ın məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının sədri Əhməd Yener deyib.

Xatırladaq ki, bu gün Türkiyədə keçirilən parlament və prezident seçkiləri yerli vaxtla saat 17:00-da sona çatıb.

Səsvermə yerli vaxtla bugün saat 08:00-da başlayıb. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.