Baxmut əks-hücum üçün açılan qapıdır - Podolyak
Baxmutun Ukrayna tərəfindən azad edilməsi əks-hücum üçün bir müqəddimə olacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Baxmut Ukraynanın uğurlu əks-hücum əməliyyatına başlaması üçün açılan qapıdır. Ukrayna təşəbbüsü öz əlinə aldı. Bu o demək deyil ki, Baxmut sabah azad olunacaq, lakin ağır döyüşlər davam edir və Rusiyanın döyüş qabiliyyəti getdikcə pisləşəcək”, - Podolyak bildirib.