Vuçiç vəzifəsindən istefa verəcəyini açıqladı
Serbiya Prezidenti Aleksandar Vuçiç bazar günü hakim Serb Tərəqqi Partiyasının (SPP) rəhbəri postunu tezliklə tərk edəcəyini bildirib.
BUTA.TV xəbər verir ki, mətbuat konfransında danışan Vuçiç qərarını mayın 26-da partiyanın Belqraddakı mitinqində izah edəcəyini bildirib.
O, həmçinin böyük ictimai etirazlara görə növbədənkənar ümumi seçkilərin keçiriləcəyini istisna etməyib.
Dövlət başçısı qeyd edib ki, parlament seçkilərində səsvermə sentyabrdan gec olmayaraq keçiriləcək.