Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində verdikləri səslər açıqlanmağa başlayıb.

BUTA.TV xəbər verir ki, indiki vəziyyətə görə, Azərbaycandan verilən səslərin 26.67 faizi sayılıb.

Hazırda Rəcəb Tayyib Ərdoğan 47.84 faiz səslə öndədir. Millət İttifaqından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu isə 44.19 faiz səs alıb.

ATA İttifaqından namizəd Sinan Oğan isə 5.86 faiz səs toplayıb.