ABŞ-ın Arizona ştatında yerləşən Yuma şəhərində atışma nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə “ABC Nyus” telekanalı məlumat yayıb.

Ölənlərin 19 və 20 yaşlı gənclər olduğu qeyd edilib.

Bildirilib ki, polis şübhəli şəxslərin axtarışını davam etdirir.