Böyük Britaniyanın Baş naziri Rişi Sunak mayın 15-də Londonun Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi və yeni uzaqmənzilli hücum PUA-ları verəcəyini elan edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

Bildirilib ki, yeni hərbi yardım paketində 200 km mənzilə malik yüzlərlə zərbə PUA-ları yer alacaq.

“Bu silahlar yaxın aylarda Ukraynaya tədarük olunacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna lideri Zelenski bu gün Londona səfər edəcək.