Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda 50 min gənc ilk dəfə səs verə biləcək.

BUTA.TV xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat paylaşıb.

Vurğulanıb ki, mayın 28-dək 18 yaşı tamam olacaq təxminən 50 min gənc seçici ilk dəfə seçkiyə gedəcək.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə 6 milyona yaxın gənc bu il ilk dəfə səs verib. İstanbulda 1 milyona yaxın gənc səsverməyə gedib.