Məşhur repçinin konserti təxirə salınıb.

Kult.az xəbər verir ki, rusiyalı rep ve estrada ifaçısı Morqensternin (Alişer Tahiroviç Morqenştern) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.

Məsələ ilə bağlı Oxu.az-ın əməkdaşı konsertin təşkilaçıları ilə danışıb.

Təşkilatçı konsertin ümumiyyətlə baş tutmayacağını açıqlayıb:

“Bəli, konsertə sayılı günlər qalmışdı. Texniki səbəblərə görə, ləğv edildi. Başqa səbəb yoxdur. Konsert digər bir vaxta da keçirilməyib. Ümumiyyətlə repçinin konserti olmayacaq”.