Ukraynalı pilotları hazırlamağa hazırıq - Makron
Fransa Ukrayna Silahlı Qüvvələrinin pilotlarının hazırlanmasına hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1-ə müsahibəsində bildirib.
"Hazırlıqlar indi başlaya bilər. Bu proqrama qoşulmağa hazır olan Avropa ölkələri” ilə təlimlər keçirilə bilər. Düşünürəm ki, amerikalılarla da müzakirələr aparılır", - Makron qeyd edib.