Bosniya və Herseqovinanın NATO-ya cəlb edilməsi regionda risklər yaradacaq, bu cəhdlər qətiyyən qəbuledilməzdir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Bosniya və Herseqovinanın Avropa Birliyinə və ya NATO-ya daxil olmasının qəti şəkildə əleyhinəyik. Bu cəhdlər əlavə risklər, yeni bölücü xətlər yaradacaq. Hesab edirik ki, bu cəhdlər sünidir, qətiyyən yolverilməzdir”, - nazir müavini bildirib.