Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.

BUTA.TV xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar.

Məlumata görə, daha 2 hərbi qulluqçu yaralanıb.

Atışma nəticəsində 3 terrorçu məhv edilib.

Şəhidlərin adları hələ ki açıqlanmayıb.