Gürcüstandan Rusiyaya hər gün təyyarə uçacaq
Gürcüstanın "Georgian Airways" aviaşirkəti mayın 20-dən etibarən həftədə yeddi dəfə Moskvaya uçuşlara başlamaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə Gürvüstanın Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Məlumata görə, daşıyıcı şirkət Rusiyaya uçuşlar üçün icazə alıb.
“Georgian Airways” aviaşirkəti Tiflis-Moskva-Tiflis marşrutu üzrə müntəzəm reyslərə başlayır”, - məlumatda qeyd olunub.