Növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır.

BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək:

“Eyni zamanda bu il 31 mərkəzində imtahanlar keçiriləcək”.

“Son 10 ildə 4 müəllimdən biri müsabiqə əsasında, 3-ü isə köhnə sistem əsasında işə qəbul olunub. Bu il 10 minə yaxın vakansiya elan olunacaq”, - nazir əlavə edib.