Türkiyə buraxmır, “FlyOne” isə “yeni reys” açır
Mayın 16-dan etibarən “FlyOne Ermənistan” aviaşirkəti İrəvan-Larnaka-İrəvan reysi üzrə uçuşlara başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Ermənistan” QSC-dən məlumat verilib.
Qeyd edək ki, Türkiyə “FlyOne Ermənistan” aviaşirkətinə hava məkanını bağlayıb. Bu baxımdan şirkətin Larnakaya (Cənubi Kipr) hansı marşrutla uçacağı bəlli deyil.