Təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir.

BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır.

E.Əmrullayev əlavə edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə uşaqların müdafiəsi idarəsi də yaradılıb:

"İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. Bu da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacaq".