Yeni Zelandiyanın paytaxtı Vellinqtonda yataqxanada güclü yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Yanğın nəticəsində 6 nəfər həyatını itirib, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə vaxtı 52 nəfər təxliyə edilsə də, içəridə neçə nəfərin olduğu məlum deyil.

Yanğının səbəbləri araşdırılır.