Sudanda toqquşmalarda ölənlərin sayı 800-ü ötdü
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən silahlı qarşıdurmalarda indiyədək 822 dinc sakin həyatını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə Sudan Həkimlər Sindikatı məlumat yayıb.
Ölənlərlə yanaşı, 3 min 215 nəfərin də həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı bundan öncə 602 nəfərin öldüyünü, 5 mindən çox insanın isə yaralandığını açıqlamışdı.