İspaniyada partlayış: 2 nəfər öldü
İspaniyanın Orio şəhərində parkda baş verən partlayış nəticəsində 2 nəfər həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, insidentlə bağlı araşdırma aparılır.
Partlayışın səbəbləri açıqlanmır.