Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar Rayon Polis Şöbəsində araşdırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş - inzibati və cinayət məsuliyyəti yaranmayıb.

"Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır", - DİN rəsmisi vurğulayıb.