Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

BUTA.TV xəbər verir ki, turun son matçında "Sabah" səfərdə "Sumqayıt"la qarşılaşıb. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. 28 xalı olan "Sumqayıt" isə 8-cidir.