Rusiyanın Qara dənizdən Ukraynaya atdığı “Kalibr” qanadlı raketi Krım ərazisinə düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.

Məlumata görə, raketin qalıqları mayın 17-də Krımın Lenin rayonunun Vulkanovkas kəndi ərazisində çoban tərəfindən aşkarlanıb.

Hadisə yerinə cəlb olunmuş ekspertlər bildiriblər ki, raket Rusiyaya məxsusdur.