Müasir qırıcıların Ukraynaya mümkün təhvil verilməsi məsələsi iyunda NATO müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq.

BUTA.TV xəbər verir ki, bunu “Şpigel”ə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq deyib.

" NATO müdafiə nazirlərinin iyun ayında keçiriləcək görüşündə də bunun müzakirə olunacağını güman edirəm", - deyə baş katib bildirib.

O xatırladıb ki, Polşa və Slovakiya artıq sovet MiQ-29 qırıcılarını Ukraynaya təhvil verib. Qərb qırıcılarının göndərilməsi məsələsi müzakirə olunur.