Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

BUTA.TV xəbər verir ki, tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edirlər.

Qeyd edək ki, S.Lavrov A.Mirzoyandan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.