Türkiyədə DEVA Partiyasının sədr müavini İkram Dinçer vəzifəsindən istefa verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İ.Dinçər istefa qərarının səbəbini Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turundan sonra açıqlayacağını bildirib.

Bununla yanaşı, Dinçərin Tvitter profilinə "23-cü dönəm AKP millət vəkili" ifadəsini əlavə etməsi də diqqət çəkib.

Qeyd edək ki, DEVA Partiyasının sədri Əli Babacandır.