Krımın Sevastopol şəhəri yaxınlığında yerləşən “Kaça” aerodromunda partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatındakı mənbələr məlumat yayıb.

Məlumata görə, partlayış zamanı Rusiyanın Mi-8 hərbi helikopteri sıradan çıxıb.

Krım separatçıları və Rusiya informasiya mənbələri hələlik insidentlə bağlı şərh verməyib.

Hadisə ilə bağlı cinayət işi açılıb.