AB Çinə qarşı siyasətini sərtləşdirməlidir - Leyen
Avropa Birliyi Çinlə bağlı siyasətini sərtləşdirməlidir.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen çıxış edib.
Leyen Çinin çox dəyişdiyini və bu səbəbdən Pekinə qarşı siyasətin sərtləşdirilməli olduğunu söyləyib.
O qeyd edib ki, son aylar sözügedən məsələ ilə bağlı yaxşı müzakirələr aparılıb.