Rusiyanın Volqoqrad vilayətində məscidin qarşısında Qurani-Kərim yandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Rusiya hüquq-mühafizə orqanları Quranı yandırmaqda şübhəli bilinən şəxsi saxlayıb. Saxlanılan şəxs çatdırılma xidmətində çalışan 19 yaşlı Ukrayna vətəndaşıdır. O, Quranı pul üçün yandırdığını iddia edir.