Hərbçilərimiz Baxmutdan hələ mayın 18-də çıxıb.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri Viktor Andrusiv deyib.

“Qoşunlarımız hələ cümə axşamı çıxıblar. Əlahiddə bölmələr isə Baxmutu yalnız şənbə günü tərk edib”, - Andrusiv bildirib.

Onun sözlərinə görə, geri çəkiıməyə səbəb yeni hərbi əməliyyatın başlamasıdır:

“Detallarla bağlı hələlik məlumat veriə bilmərəm. Bu həftə çoxlu yaxşı xəbərlər gözlənilir”.