Ukraynada Tolstoyun abidəsi sökülür
Ukraynanın Odessa şəhərində rus yazıçısı Lev Tolstoyun abidəsi sökülür.
BUTA.TV xəbər verir ki, bu barədə Odessa Şəhər Şurasının Mədəniyyət, Beynəlxalq Əməkdaşlıq və Avropaya inteqrasiya departamentinin rəhbəri İvan Liptuqa deyib.
O bildirib ki, Lev Tolstoyun tarixi mərkəzdə - eyniadlı meydanda ucaldılan abidəsi xüsusi təchiz olunmuş açıq səma altında muzey sahəsinə köçürüləcək.