Fransada "Kalaşnikov"la 3 nəfər güllələndi
Fransanın Marsel şəhərində üç şəxs avtomobildə güllələnib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.
Məlumata görə, maşında gecə klubundan yenicə çıxan 5 nəfər “Kalaşnikov” avtomatından atəşə tutulub. Onlardan ikisi, o cümlədən atəş açan naməlum şəxslər hadisə yerindən qaçıblar. Polis hadisəni narkotik alveri ilə əlaqələndirib.
Qeyd edək ki, bu il Marseldə narkotiklə əlaqəli qətllərin sayı 21-ə çatıb