ABŞ-ın Kaliforniya ştatı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

BUTA.TV-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Fortuna şəhərindən 97 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 12 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.