Lukaşenko yenə Putinlə görüşə gəlir
25 mayda Moskvada Prezident Vladimir Putinlə görüşəcəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Rusiya Prezidenti Putinlə münasibətlərimizdə ümumiyyətlə olmamalı problemləri müzakirə və həll etmək üçün görüşəcəyik”, - o bildirib.
Qeyd edək ki, Lukaşenko sonuncu dəfə 9 mayda Moskvada səfərdə olmuşdu.