Bu gün axşam saatlarında Naxçıvana güclü leysan yağıb, dolu düşüb, küçələri su basıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bəzi yerlərdə meyvə ağaclarına və təsərrüfatlara ciddi ziyan dəyib, nəqliyyatın hərəkəti çətinləşib.

Naxçıvan şəhərində qeyri-sabit hava şəraiti davam edir.