İranın Əlborz əyalətinin İştəhard sənaye şəhərciyində partlayış olub.

BUTA.TV xəbər verir ki, bu barədə Əlborz əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Bagir Xələfi məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 9 nəfər ağır xəsarət alıb.

Xələfi partlayış və yanğının səbəblərinin araşdırıldığını deyib.