Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Görüşdə müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub. Səfir Luyonun xahişi ilə Papikyan Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyətlə bağlı məlumatı təqdim edib”, - məlumatda deyilir.