Sərhəddə iki İran hərbçisi öldürüldü
Bu gün İranla Əfqanıstan sərhədində baş verən silahlı qarşıdurma zamanı iki İran sərhədçisi öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Həmçinin, SEPAH-a yaxınlığı ilə tanınan Saberin.news saytı da dəqiq say qeyd etmədən silahlı qarşıdurma zamanı bir neçə İran hərbçisinin öldürüldüyünü yazıb.