Kosovo hökuməti regionda sabitliyi pozan birtərəfli addımlardan çəkinməlidir.

BUTA.TV xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Priştina və Belqrad AB-nin rəhbərlik etdiyi dialoqa qoşulmalıdır, çünki bu, sülh və normallaşmanın yeganə yoludur. Priştina vəziyyəti gərginləşdirməməli və sabitliyi pozan birtərəfli addımlar atmamalıdır”, - Stoltenberq bildirib.