Seçki nəticələrinin bu saata qədər açıqlanması qadağandır!
Ali Seçki Qurumunun (ASQ) qərarlarına görə, seçki nəticələrinin yerli vaxtla saat 21:00-dan (Bakı vaxtı ilə 22:00) əvvəl verilməsi qadağandır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Radio və Televiziya Şurasının sədri Əbubəkir Şahin Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, ASQ qadağa saatını 21:00-dan əvvələ də çəkə bilər.