Makron da Ərdoğana zəng etdi
Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Seçkilərdəki qələbə münasibəti ilə Ərdoğanı təbrik edən Makron həmkarı ilə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələləri də müzakirə edib.