Pakistanın keçmiş baş naziri İmran Xan dindirilməyə çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Geo Nyus” məlumat yayıb.

Məlumata görə, Xan Pakistanın ilk general-qubernatoru Məhəmməd Əli Cinnənin evinə və Lahordakı korporativ binaya edilən hücumları araşdırmaq üçün Pəncab administrasiyasının müstəntiqləri tərəfindən dəvət edilib.

Qeyd edək ki, İmran Xan mayın 9-da ölkədə baş verən iğtişaşlar zamanı həbs edilmişdi. Pakistan Ali Məhkəməsi onun həbsini qanunsuz saymışdı.