Rusiyada tribuna çökdü: yaralılar var
Rusiyanın Rostov-na-Donu şəhərində tribunanın çökməsi nəticəsində 15 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubyev deyib.
İnsidentin avarçəkmə kanalı sahilində baş verdiyi bildirilib.
Qubernatorun sözlərinə görə, yaralananlardan 3-nün vəziyyəti olduqca ağırdır.
O, şiddətli küləyin çökməyə səbəb olduğunu qeyd edib.