ABŞ İrana görə Rusiyaya sanksiyalar tətbiq edəcək
ABŞ mayın 31-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bunlar xüsusilə ixrac məhdudiyyətlərini nəzərdə tutur.
BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Sabah (31 may – red.) biz Ukrayna vətəndaşlarına və mülki infrastruktura hücum etmək üçün istifadə edilən İran pilotsuz uçuş apartlarında tapılan texnologiyalara ixrac nəzarəti əsasında yeni tədbirləri elan edəcəyik”, - Blinken bildirib.